Üzünüzü hamar və parıltılı saxlayacaq maska

Düyü və kətan toxumundan hazırlanan maska dərini təmizləyir daha hamar və parlaq edir.

Məsləhət1 dəq oxu
Üzünüzü hamar və parıltılı saxlayacaq maska

Eyni zamanda, bu maska günəş ləkələri, çillər və hamiləlik ləkələrinə qarşı da istifadə oluna bilər.

Gent.az düyü və kətan toxumundan hazırlanan maskanı təqdim edir.

Tərkibi:

1 stəkan qaynar su
1 xörək qaşığı düyü
1 xörək qaşığı kətan toxumu

Hazırlanması:

Bütün inqrediyentləri bir qaba əlavə edib qapağı bağlayın. İki saat gözlədikdən sonra qarışdırıb yenidən 2 saat gözləyin. Bu prosesi 2-3 dəfə təkrarlayın. Düyü şişdikdən sonra qaynayana qədər aşağı odda bişirin və sonda soyumasını gözləyin. Qarışımı süzün. İçərisinə aloe vera geli, 1 çay qaşığı E vitamini də əlavə edə bilərsiniz. Maskanı axşam üzünüzə çəkib səhərə qədər dərinizdə qalmasına çalışın. Yuduqdan sonra nəmləndirici krem ​​çəkin.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan