Qarnı içəri çəkmək insanı arıqladır?

İngiliscə "stomach vacuum" adlanan mədə vakuumu məşqi qarnı içəri çəkib saxlamaqdan ibarətdir.

Məsləhət1 dəq oxu
Qarnı içəri çəkmək insanı arıqladır?

Bəs qarnı içəri çəkmək arıqladırmı?

Gent.az bu barədə məlumatları diqqətinizə çatdırır

Mədə vakuumu məşqi nədir?

Bir çox qarın məşqləri üzdəki qarın əzələlərini çalışdırır. Mədə vakuumu məşqi isə ən dərindəki qarın əzələsi hesab olunan "transversus abdonimis"ə təsir edir. Daxili qarın divarı kimi də tanınan bu əzələ qarın boşluğundakı orqanların qarşısında bir "çəpər" rolunu oynayır. Dərində olduğundan klassik qarın məşqləri bu əzələyə çox da təsir etmir. Köməkçi tənəffüs əzələlərindən sayıldığı üçün bu əzələ dərin nəfəs zamanı işləyir.

Mədə vakuumu məşqi necə edilir?

Mədə vakuumu məşqi zamanı qarnı qabağa çıxararaq mümkün qədər çox hava udub, nəfəsi verdikdən sonra mədəni mümkün qədər içəri çəkmək və 15-20 saniyə saxlamaq lazımdır. Mədənizi belinizə "yapışdırmağa" çalışdığınız kimi görünməyiniz bu hərəkəti düzgün etdiyinizi göstərir. Yeni başlayanlar əllərini masaya, yaxud dizlərinə dayamaqla məşqi yerinə yetirə bilərlər.

Mədə vakuumu məşqi möcüzələr yarada bilərmi?

Təəssüf ki, heç bir məşq təklikdə sizi xəyallarınızdakı bədənə qovuşdura bilməz. Qarın ətrafındakı yağları əritməyin yeganə yolu arıqlamaqdır, lakin bu əzələni çalışdırmaqla daha sağlam qarın divarına sahib ola və dolu mədənin yaratdığı şişkinlik görüntüsünü minimuma endirə bilərsiniz. Mədə vakuumunu sağlam qidalanma və kardio məşqlərlə yanaşı etməklə istənilən nəticəyə çatmaq mümkündür.

Mədə vakuumu məşqini edərkən nəyə diqqət yetirilməlidir?

Məşqi səhərlər, mədənizin hələ boş olduğu zaman etmək yaxşıdır.

Birdən-birə çox məşq etmək növbəti gün qarın ağrısına səbəb ola bilər. Yavaş-yavaş və qısamüddətli təkrarlamalarla başlayın və hazır olduğunuzu hiss etdiyiniz zaman məşqləri artırın.

Başgicəllənmə hiss etsəniz, məşqi dayandırın və növbəti cəhdinizdə müddəti azaldın.(big.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan