Yaşı 30-u keçənlər hansı pəhrizi saxlamalıdır?

Baxımlı olmaq üçün gözəllik prosedurlarını 25 yaşından başlamaq lazımdır.

Məsləhət1 dəq oxu
Yaşı 30-u keçənlər hansı pəhrizi saxlamalıdır?

Lakin orqanizmin artıq qocalmağa başladığı ərəfə məhz 30 yaşdan sonradır.

Bunun üçün də gözəlləşmə və cavanlaşma pəhrizinə riayət etməyə tələsin...

Gent.az həmin pəhrizi təqdim edir:

SƏHƏR:
Yarım qutu kəsmik, tərəvəz salatı, 1 dilim qara çörək və çay

LANÇ:
2 meyvə və yaşıl rəngli tərəvəzlər

NAHAR:
Yağı az olan şorba, soyutma mal əti (arada mal ciyəri də yemək olar), tərəvəz salatı (Salatın içində 3 xörək qaşığı yaşıl noxud olmalıdır. Bu, hemoqlobini tənzimləmək üçün vacibdir).

GÜNARASI:
2 meyvə və yağsız yoqurt

ŞAM:
Tərəvəz, bir dilim qara çörək, kəsmik

Diqqət!

• Bu pəhriz ərəfəsində su içmək və şəkərdən ümumiyyətlə, istifadə etməmək əsas şərtdir.
• Gün ərzində 4 meyvə də yemək olar (Məsələn: 4 alma, 4 naringi, 4 banan və s.).
• Yaşıl mevvə və tərəvəzlərdən istədiyiniz qədər yeyin.
• Bu pəhrizə düzgün riayət etməklə, siz həftəyə minimum 3 kq. arıqlayıb, zamanla cavanlaşdığınızı hiss edəcəksiniz...(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan