Nə üçün yatmazdan əvvəl başı yumaq olmaz?

Yatmazdan əvvəl gecələr başı yumaq təhlükəlidir.

Məsləhət1 dəq oxu
Nə üçün yatmazdan əvvəl başı yumaq olmaz?

Gent.az xəbər verir ki, dermatoloq həkim yaş saçla yatmağın zərərlərindən danışıb.

"Əgər yaş başla yatsaz, damarların spazmı və boyunun soyuması baş verir ki, nəticədə sinirlər iltihablanır, ən azı səhər baş ağrısı ola bilər.
Eləcə də yaş başı yastığa qoyduqda, yastıqdakı tük və ya lələklə təmasdan gənələr əmələ gəlir, onlar da dəri və başda allergik reaksiyalara səbəb olur.

İnsan sərin havada, soyuq məkanda nəm saçlarla yatırsa, soyuqdəymə ola bilər. Eləcə də saçların keyfiyyəti pozulur".

Mütəxəssis qeyd edib ki, yaxşı olar ki, saçlar gündüz yuyulsun, ya da yatmazdan 1 saat əvvəl tam qurudulsun.

Uşaqların başını axşam yuyub yatızdırmaq xüsusilə zərərlidir.(bakupost.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan