Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova nazirliyin rəsmi "Instagram" hesabındakı canlı yayımda danışıb.
Gent.az xəbər verir ki, həkim bildirib ki, biz ekrana baxdığımız zaman gözümüzü normadan az qırpırıq:
"Bu hal bir müddət sonra sözügedən xəstəliyə səbəb olur. Qarşısını almaq üçün nəmləndirici damlalardan istifadə edin və gözünüzü tez-tez qırpmağa çalışın.
Əgər işiniz ekran arxasında deyilsə və gözdə batma, quruluq kimi şikayətiniz varsa, o zaman mütləq şəkildə mütəxəssisə müraciət edin. (Oxu.az)