Bu cavanlıq eleksiri ildə 2 dəfə (yarım ildən bir) hazırlamaq və 2 həftə ərzində qəbul etmək lazımdır.
Gent.az xəbər verir ki, eliksir immun sisteminə müsbət təsir edir, damarları və qanı təmizləyir, qurdqovucu təsir edir, iltihabları azaldır, orqanizmin tonusunu qaldırır, orqanizmi cavanlaşdırır.
Lazım olan məhsullar:
- 2 iri baş sarımsaq
- 6 limon
Hazırlanması:
1. Sarımsağı təmizləyin və blenderdə əzin.
2. Limonlardan şirə sıxın və sarımsağın üzərinə töküb yaxşı qarışdırın.
3. Qarışığı təmiz şüşə bankaya tökün, bankanı təmiz pambıq parça ilə bağlayın və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlayın. Kütləni hər gün qarışdırmaq lazımdır.
4. 1 həftədən sonra qarışığı qəbul etmək olar. Axşam yatmazdan əvvəl 1 çay qaşığı eleksiri 1 stəkan ilıq təmiz suya əlavə edib için.