Kivinin təzyiq xəstələri üçün faydası

C vitamini ilə zəngin olan kivi immunitetdə interfgeronları aktivləşdirir.

Məsləhət1 dəq oxu
Kivinin təzyiq xəstələri üçün faydası

Gent.az xəbər verir ki, həkim Yelena Solomatina kivinin təzyiq xəstələrinə faydasını açıqlayıb.

“Qışda müntəzəm olaraq, kivi yemək orqanizmi mövsümi viruslardan qoruyur. Orqanizmdə C vitamini əskik olanda, viruslara qarşı interferonların hasili az olur.

Vitamin C ən güclü antioksidantdır. Antioksidantlar orqanizmdə iltihabın və qocalmanın qarşısını alır.

Eyni zamanda kivi bağırsağı işlədir, qəbizliyə qarşıdır. O qandan artıq xolesterini təmizləyir.

Bu səbəbdən təzyiq xəstələri gündə 1-2 ədəd kivi yeməlidir. Çünki onda çox miqdar kaliy var, o isə yüngül sidikqovucu təsir edir. Bu zaman təzyiq düşür

Kaliy ürək əzələsini bərkidir, artıq duzu çıxarır. Damarları rahatladır, sakitləşdirir”.(bakupost.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan