5 günə 3 kilo çəki aparan detoks

Artıq çəki bir çox insanların kabusudur.

Məsləhət1 dəq oxu
5 günə 3 kilo çəki aparan detoks

 Adətən onlar tez bir zamanda arıqladan reseptlərin axtarışında olurlar.

Lakin unutmayaq ki, ən effektiv və sağlam şəkildə arıqlama ay ərzində 5-6 kilo atmaqla olur. Təz gedən kilolar tez də qayıda bilər. Atılan çəkinin qayıtmaması üçün daim qidalanmaya fikir vermək, aktiv həyat tərzi sürmək lazımdır.

Qarşıdan hər hansı bir tədbir gözlənilirsə və siz təcili sürətdə çəki atmalı olduğunuzu düşünürsünüzsə, qida mütəxəssisi, dəkim-diyetoloq Günay Həsənova 5 gün ərzində 3 kq çəki aparan detoksu sınamağı məsləhət görür.

Gent.az 5 günə 3 kilo çəki aparan həmin detoksun reseptini təqdim edir:

DETOKS

Səhər yeməyinə (7:00-10:00 aralığında) 2 soyutma yumurtanın ağı olacaq (60 kq-dan 87 kq-a qədər olan xanımlar üçün, 87 kq-dan 100 kq və daha çox çəkili xanımlar 3 soyutma yumurtanın ağını yeyəcəklər)

Günorta (13:00-15:00 aralığında) və axşam (19:00-21:00 aralığında) isə aşağıdakı qarışım yeyiləcək:

200-250 ml yağsız qatıq ,1 dolu xörək qaşıqı yulaf,1 kicik yaşıl alma,1 çay qaşıqı darçın tozu, 1/2 çay qaşıqı kətan toxumunun üyüdülmüşü.(Kim istəsə əlavə olaraq 1 dolu olmayan qaşıq fıstıq əzməsi əlavə edə bilər)

QEYD:

Gun ərzində 2,5-3 lt su, 2-3 stəkan sadə kofe, 2-3 stekan yaşıl çay (hər stəkan çayı 1 qara gavalı ilə) içilə bilər. Şiddətli aclıq olarsa, 1 qreyp frutu dilimləyib gün ərzində yemək olar.(big.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan