Bəzən biz bilməyərəkdən saçlarımızı yuyan zaman səhvlərə yol veririk.
Bəs bu səhvlər hansılardır?
Gent.az həmin sıhvləri diqqətinizə çatdırır:
1. Saçları dəsmalla sürtmək
Saçları dəsmalla sürtmək tüklərin strukturunun pozulmasına səbəb olur. Mütəxəsislər saçların təbii yollarla qurudulmasını məslhət bilirlər.
2. Şampundan çox istifadə etmək
Şampundan çox istifadə etmək saçların yaxşı olacağı anlamına gəlmir. Trixoloqların sözlərinə görə saçların tez-tez yuyulması, çox şampundan istifadə etmək və keyfiyyətsiz şampunlar baş dərinin və saçların korlanmasına səbəb olur. Saçları həftədə 2 dəfədən çox yumaq məsləhət deyil.
3. Saçları sərt şəkildə yumaq
Saçları sərt hərəkətlərlə yumaq tük diblərinin zədələnməsinə və saçların tökülməsinə səbəb olur. Saçlar yumuşaq hərəkətlərlə yuyulmalıdır.
4. Saçları tələsərək yumaq
Saçların dibini bərk və tələsərək yumaq tük diblərinin zədələnməsinə səbəb olur. Saçları yuyarkən onun bütün hissələrinə eyni yumşaqlıqla yanaşmaq lazımdır. Balzamdan istifadə edərkən isə onun saç dərisinə toxumaısının qarşısı alınmalıdır.
5. Kondisionerdən istifadə eləməmək
Bəziləri saçları yuduqdan sonra balzam-kondisionerdən istifadə etməyi düzgün hesab etmir. Amma, bu belə deyil. Kondisioneri saçların ucuna sürtmək çox faydalıdır.
6. Saçları gec yumaq
Bəziləri saçların tez-tez yuyulmasını düzgün hesab eləmir. Mtəxəssislər saçların yuyulmasının onların xarakterinə uyğun olaraq qərarlaşdırmağın faydalı olduğunu söyləyirlər. Məsələr, quru saçları tez-tez yumaq zərərlidir. Amma, yağlı saçların vaxtında yuylması vacibdir.
7. Qaynar su ilə saçların yuyulması
Qaynar su ilə saçları yumaq saçların sağlamlığını korlamaq deməkdir. Qaynar su həm saçları, həm də saç köklərini zədələyir. Saçlar nə qədər ilıq su ilə yuyularsa bir o qədər yaxşıdır.
8. Fenlə saç qurutmaq
Əgər siz hər dəfə saçlarınızı yuduqdan sonra fenlə qurudursunuzsa o zaman saçlar öz təbii formasından çıxır. Islaq saçları birbaşa fenlə qurutmaq olmaz. Əvvəlcə saçlar təbii yolla suyunu çəkməlidir, sonra fendən istifadə edilməlidir. (milli.az)