Namaz qılmayan şəxs oruc tuta bilərmi?

Məsləhət1 dəq oxu
Namaz qılmayan şəxs oruc tuta bilərmi?

Zaman-zaman İslam dünyasında, xüsusilə də Azərbaycanda ən çox müzakirə olunan və sual verilən mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır.

Gent.az xəbər verir ki  bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, biz özümüzdən daha çox, başqalarının əməllərini təftiş etməyə meylliyik və bu, təəssüfverici məqamdır:

“İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edir. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir. Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir problem yoxdur”.

C.Məmmədov bildirib ki, oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlaya bilər:

“Ona görə daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. Qiyamət günü biz başqalarının deyil, öz əməllərimiz barədə sorğu-sual olunacağıq”

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan