Qar yağdı, futbolçular görünməz oldu

Maraqlı1 dəq oxu
Qar yağdı, futbolçular görünməz oldu

Bir neçə gündür İstanbulda davam edən qar yerli futbol oyunlarına da təsir göstərib. Təkcə ona görə yox ki, futbolçular sürüşkən meydanda oynamağa çətinlik çəkib. Həm də ona görə ki, komanda formalarının rənglərinə görə futbolçular meydanda “görünməz” olublar. Bu, həm komandalara, həm şərhçilərə, həm də azarkeşlərə mane olub.

Türiyə Super Liqasının son turu çərçivəsində keçirilən “Başakşəhər” – “Sivasspor” oyunu da bu baxımdan fərqlənib. Səfər formasından istifadə edən “Sivasspor” meydana ağ formayla çıxıb. Qara bürünün meydanda ağ formayla oynayan futbolçular demək olar ki, görünməy. Bu görüntülər azarkeşlər və futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Oyun tərəflərin bərabərliyi ilə başa çatıb – 1:1.

Qar yağdı, futbolçular görünməz oldu — şəkil 1

Qar yağdı, futbolçular görünməz oldu — şəkil 2

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan