Dərin təmizlik üçün bu alətləri sınayın

Maraqlı3 dəq oxu
Dərin təmizlik üçün bu alətləri sınayın

Əgər dəriyə qulluq mövzusunda həssassınızsa, skrablarınızın, kremlərinizin əllə tətbiq olunduqda dərinizi cızmaq ehtimalı olduğunu bilirsiniz. Bunun üçün yaxşı bir fırça və ya başqa alət əldə etməlisiniz. 

Bu məqaləmizdə üz təmizləmə vasitələri barədə danışacağıq:

Bu alətlər nəyə görə faydalıdır?

Üzünüz ölmüş dəri hüceyrələri ilə örtülüdür və sağlam dəri üçün bu hüceyrələri təmizləməli, məsamələri sıxlaşdırmalısınız. Bütün bunları isə yalnız doğru məhsullarla edə bilərsiniz. Üz təmizləmə alətləri dolğun təmizlik üçün epidermisə daha dərindən nüfuz edərək solğun və quru dərili kişilərdə möcüzələr yaradır.

Əl, yoxsa elektriklə işləyənlər yaxşıdır?

Yəqin ki, əvvəl bu sualla diş fırçası seçərkən qarşılaşmısınız. Fırçalarda olduğu kimi bu məhsullarda da elektriklə çalışanlar daha çox funksiyaya malikdir və daha dərin təmizlik vəd edir, hətta qocalma əleyhinə xüsusi texnoloji funksiyalarla da təchiz olunur. Əlbəttə, üstünlükləri çox olsa da, büdcənizə uyğun olanı seçməlisiniz. Elektriklə çalışan modellərin qiyməti 200-350 manat arasındadır.

Bu vasitələrdən necə istifadə etmək lazımdır?

Əvvəlcə, dərini əllərinizlə nəmləndirməli və üz yuma vasitələrinizi alətin üzərinə tökərək üzünüzü 2-4 dəqiqə dairəvi masaj etməlisiniz. İşiniz bitdikdən sonra aləti yaxşıca yuyun ki, bakteriya meydana gəlməsin.

Daha ətraflı məlumat əldə etmək üçün alətlə birlikdə gələn kitabçanı oxuyun.

Kişilər üçün ən yaxşı üz təmizləmə alətləri hansılardır?

Aşağıda həm əllə, həm də elektriklə çalışan ən yaxşı alətləri sıraladıq:

"Aveda Tulsara Radiant Facial Dry Brush"

Dərin təmizlik üçün bu alətləri sınayın — şəkil 1

Məhsul əllə istifadə edilir, bütün dəri tipləri üçün uyğundur, qiyməti isə 57 manatdır. 

Almaq üçün

"PMD Clean Pro"

Dərin təmizlik üçün bu alətləri sınayın — şəkil 2

Bu alət elektriklə çalışır, həssas dərilər üçün idealdır, qızarıqlıq yaratmır. Dərini təmizləməklə yanaşı, masaj edir. Çəkisi olduqca yüngüldür və geniş rəng seçimi ilə təqdim olunur. Bu aləti əldə etmək üçün 280 manat ödəməlisiniz.

Almaq üçün

"Foreo Luna 2 For Men"

Dərin təmizlik üçün bu alətləri sınayın — şəkil 3

"Foreo" şəxsi gigiyena sahəsində həm qadınların, həm də kişilərin ilk seçimləri sırasındadır. Markanın bu məhsulu isə kişilərə özəl olaraq dizayn edilib, elektriklə çalışır, gündə iki dəfə istifadə etdikdə dəridən ölü hüceyrələri, yağ və kiri təmizləyir. Məhsul 336 manatdır.

Almaq üçün

"Sisley Gentle Brush For Face & Neck"

Dərin təmizlik üçün bu alətləri sınayın — şəkil 4

Növbədə əllə istifadə edə biləcəyiniz bir fırça var. Bu fırça həm üz, həm də boyun üçün nəzərdə tutulub. Sadə görünsə də, olduqca faydalıdır, yumşaq tüklərinin köməyi ilə dərini effektiv şəkildə təmizləyir. "Sisley" üz yuma gelləri ilə birgə istifadə edildikdə isə daha yaxşı təsir göstərir. Fırça 47 manatdır. 

Almaq üçün

"Clarisonic Mia Men Sonic Facial Cleansing Device"

Dərin təmizlik üçün bu alətləri sınayın — şəkil 5

Sonuncu olaraq təqdim etdiyimiz bu alətdən gündə 2 dəfə 60 saniyə istifadə etməlisiniz. Bu məhsul da elektriklə çalışır, bütün dəri tiplərinə uyğundur və istifadəsi rahatdır. Şirkət məhsuluna tam güvənir və məhsuldan narazı olsanız, 90 gün ərzində ödənişinizi qaytarmağa zəmanət verir. Məhsulun qiyməti isə 200 manatdır.

Almaq üçün

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan