İtaliyanın Siciliya adasında evlər 1 avro qiymətinə satılır

İtaliya şəhəri ora gələcək insanlara ev almaq və təmir etmək üçün pul paylayacaq.
İtaliyanın Siciliya adasında yerləşən Troyina kommunası yeni sakinlər cəlb etmək üçün xüsusi aksiya elan edib: şəhərdə yerləşən evlər 1 avro qiymətinə satılır, alıcılara isə bundan əlavə təmir üçün vəsait təqdim edilir. Normal vəziyyətdə olan evləri almaq istəyən şəxslərə şəhər valiliyi 8 min avro məbləğində qrant ayıracaq.
Proqram çərçivəsində satışa onlarla ev çıxarılıb. Yaxın gələcəkdə isə daha yüzdən çox ev satışa çıxarıla bilər. Alıcılar üç il ərzində aldıqları evləri təmir etməli olacaqlar.

Müqavilə bağlanandan sonra bir il ərzində valiliyə rekonstruksiya planı təqdim edilməlidir. Təmir işlərinə ən geci iki ildən sonra başlamaq lazımdır.
Təmirlə məğul olmaq istəməyən şəxslərə isə şəhər hakimiyyəti qiyməti 10 min avrodan yeni və hazır evlər təklif edir. Qeyd etmək lazımdır ki, bu qiymətin bir hissəsini (8 min avroyadək) valilik kompensasiya edə bilər.
Bu barədə daha ətraflı məlumat almaq istəyən şəxslər HouseTroina onlayn agentliyinə müraciət edə bilərlər.







