Mark Zukerberqin telefon nömrəsi yayıldı

Feysbuk şirkətinin banisi Mark Zukerberqin telefon nömrəsi, şəxsi məlumatları və sosial şəbəkənin daha 533 milyon istifadəçisinin şəxsi məlumatları sosial şəbəkəyə sızıb.

Maraqlı1 dəq oxu
Mark Zukerberqin telefon nömrəsi yayıldı

Bu barədə “New York Post” qəzeti bildirib.

Gent.az xəbər verir ki, daha əvvəl “Business Insider” nəşri bildirib ki, feysbukun 106 ölkədən istifadəçisinin şəxsi məlumatları və telefon nömrələri internetə sızıb. Nəşrin məlumatına görə, bu informasiyanı haker forumunda dərc ediblər.

ABŞ-dan olan 32 milyondan çox sosial şəbəkə istifadəçinin, Səudiyyə Ərəbistanından 28 milyondan çox istifadəçinin, həmçinin Rusiyadan demək olar, 10 milyondan çox şəxsin məlumatları ələ keçirilib. Söhbət adlardan, yerin təyin olunması, doğum tarixlərindən və başqa məlumatlardan gedir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan