ABŞ-da bir nəfər lotereyada 1 milyard dollar qazandı

“Powerball” lotereyasının Merilend ştatında satılmış biletin sahibi cekpot çıxararaq külli miqdarda uduşun sahibi olub.
Belə ki, ABŞ-ın “Mega Millions” lotereyasının Miçiqan ştatında satılan biletinə 1 milyard dollarlıq uduş düşüb. Bu, 739,6 milyon dollar nağd pul deməkdir.
Bu məbləğ lotereyanın tarixində ikinci böyük uduşdur. Belə ki, 2018-ci ildə Cənubi Karolinada 1,5 milyard dollarlıq uduş düşən bilet satılmışdı.
Həmin uduş sahibinə 29 il ərzində 30 hissə ilə 731,1 milyon dollar köçürülə, yaxud birdəfəlik 546,8 milyon dollar ödənilə bilər.







