Onun sahib olduğu "SpaceX" NASA-nın tenderinin qalibi olub.
Gent.az xəbər verir ki, "PayPal" və "Tesla"nın qurucusu, qalmaqallı milyarder Elon Maskın Amerikan aviakosmos istehsalçısı və kosmik nəqliyyat xidmətləri şirkəti "SpaceX" ABŞ astronavtlarını Yerin tək təbii peyki olan Ayın səthinə qaldırmaq üçün kosmik gəmi inşasına dair Amerika Milli Aeronavtika və Kosmos Qurumunun (NASA) keçirdiyi tenderin qalibi olub.
"SpaceX" digər məşhur milyarder, Amazon şefi Ceff Bezosun qurduğu "Blue Origin" kosmik araşdırma şirkətini üstələyərk, 2,9 milyard dollarlıq sövdələşməni qazanıb.
NASA ötən gün tenderin nəticələri barədə rəsmi açıqlama verərək, SpaceX-in növbəti podratçı olaraq təxminən 2024-cü ildə Aya səyahəti gerçəkləşdirəcəyini bildirib.