Yüksək səviyyəli saatlar və yaxşı hazırlanmış zərgərlik məmulatları sözün əsl mənasında investisiya mənbəyidir.
Onlar ucuz əldə olunmur və əgər yaxşı qulluq etsəniz, sizə faydalı geri dönüş təmin edə bilər. Bundan əlavə, bu əşyaları istifadə etdikcə dəyəri artdığından onlara pul xərcləmək həm etibarlı, həm də əyləncəlidir.
Ailə yadigarı olan və sizin də sonrakı nəsillərə saxlamaq istədiyiniz əşyalara qulluq etmək, təmiz saxlamaq mütləqdir.
Zinət əşyalarınızı təmizləmək üçün zamanın sınağından keçmiş ən etibarlı üsul onları isti suda həll olmuş qab şampunu ilə yumşaqdır. Hər 1 stəkan isti suya 1 damcı şampun əlavə edin və əşyalarınızı həmin suda 10-15 dəqiqə saxlayın, duruladıqdan sonra mikrofiber parça ilə silin. Bu əşyalarınızı heç vaxt xlor, aseton kimi sərt kimyəvi maddələrlə təmizləməyin.
Sizin evdə öz imkanlarınızla etdiyiniz təmizlik kifayət etməyə bilər, əşyalarınızın dərininə hopmuş toz və kiri tam təmizləyə bilməzsiniz. Buna görə də, qiymətli əşyalarınızı, saatlarınızı ildə ən azı 1 dəfə professional şəkildə təmizlətməlisiniz.
Əşyalarınızı təmizləmək qədər təmiz saxlamaq da önəmlidir, onları duş qəbul edəndə, üzəndə çıxarın və müxtəlif kimyəvi maddələrlə təmas etməsinin qarşısını alın.
Bir digər diqqət tələb edən məsələ də saat və zərgərlik məmulatlarınızı istidən qorumaqdır. Saunaya girərkən, hətta saçınızı qurudarkən qollarınızda, əllərinizdə dəyərli əşyalar olmadığından əmin olun.