Dünyada ilk: Hər iki qolun köçürülməsi əməliyyatı keçirilib

Maraqlı1 dəq oxu
Dünyada ilk: Hər iki qolun köçürülməsi əməliyyatı keçirilib

Fransada dünya tibbində ilk dəfə olaraq xəstəyə hər iki qolun transplantasiyası əməliyyatı keçirilib.

Gent.az xəbər verir ki, 48 yaşlı islandiyalı kişi elektrik zərbəsindən hər iki qolunu itirmişdi. Cərrahlar onun üzərində bir neçə ağır əməliyyatlar keçirmişdilər. Lakin ən çətini hər iki qolun yenidən köçürülməsi idi. Əməliyyat 15 saat davam edib.

Xəstəyə köçürülən qollar meyit orqanıdır.

Qolların əməliyyatdan sonra hərəkət səviyyəsi yaxın vaxtda məlum olacaq. Hələ ki, pasiyentin vəziyyəti stabildir. ("Medicina.az")

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan