Oksfordun mərkəzində fəaliyyət göstərən "The Lamb and Flag" barı bu ayın sonunda bağlanacaq.
Gent.az xəbər verir ki, pub koronavirus səbəbi ilə fəaliyyətini dayandırmağı qərara alıb. Nəinki tələbələrin, həmçinin bir çox yazarların və alimlərin seçimi olan bu məkan pandemiyanın və hələ də davam edən karantin müddətinin yaratdığı çətinliklərə qalib gələ bilməyib.
"The Lamb and Flag" "Üzüklərin hökmdarı" romanının müəllifi Con Tolkienin ən sevdiyi məkan olub və o, boş vaxtlarında dostları ilə burda vaxt keçirirmiş. Televizoru, radiosu olmayan, musiqi səsləndirilməyən bu məkana insanlar söhbət etmək, sakit vaxt keçirmək üçün üz tutublar.
1566-cı ildə açılan və 450 ilə yaxındır fəaliyyət göstərən bu məşhur bar son günlərini yaşayır.