Braziliyanın San-Paulu şəhərində çəkilən və sosial şəbəkələrdə yayılan bir video izləyicilərin böyük maraqına səbəb olub.
Videoda iki arının şirin içkiyə çatmaq üçün “Fanta” butulkasının qapağını açmağa cəhd etdiyini görmək olar.
Videonun müəllifi onu nahar fasiləsi zamanı çəkdiyini deyib.
“İçmək üçün aldım, amma arıların payı oldu”, - deyə o əlavə edib.