Ölü balinanın qarnını yaran balıqçılar milyonçu oldu

Yəməndə 35 balıqçının həyatı inanılmaz tapıntı ilə dəyişib.

Maraqlı1 dəq oxu
Ölü balinanın qarnını yaran balıqçılar milyonçu oldu

Onlar dənizdə suyun üzünə çıxan tələf olmuş iri balina ilə üzləşiblər.

Gent.az xəbər verir ki, balıqçılar balinada nadir ənbər maddəsinin olacağını güman edərək onu sahilə daşıyıblar. Kasıb balıqçılar gümanlarında yanılmayıblar. Balinanı yaran balıqçılar kusmuğu çıxarıblar.

Onun dəyərinin 1,5 milyon dollardan çox olduğu məlum olub. Qeyd edək ki, ənbər olaraq bilinən maddə bahalı ətirlərin hazırlanmasında istifadə olunur.(metbuat.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan