Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov həftəsonları kafe restoranların və ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, həftəsonları kafe və restoranlar işləyəcək, ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək:
"Fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.
Bu şənbə-bazar (yanvarın 30-31-i) bərbərxana və gözəllik salonları işləyəcək. Kafe və restoranlarda fevralın 1-dən etibarən şənbə və bazar günləri də yerində xidmət olacaq" (report).