Hamilə olduğu bilinən qadının qarnından qeyri-adi kütlə çıxdı
Ətrafı qadının hamilə olduğunu düşünürdü, amma qarnından 6,4 kiloqram şiş kütlə çıxdı.

Türkiyənin Amasya şəhərində bir qadın çəkisi artdığına və qarnının çıxdığına görə hamilə olduğunu düşünüb.
Gent.az xəbər verir ki, iki uşaq anası olan qadın ailə həkiminə müraciət edib. Həkim şişkinliyin qaz səbəbindən olduğunu və idmanla məşğul olmasını məsləhət görüb.
6 ay öncə başlayan şişkinliyin getdikcə böyüdüyünü görən həkimlər onu müayinə etdikdən sonra əməliyyata götürüblər.
Əməliyyat zamanı qadının qarnından 6,5 kiloqram kütlə çıxması həkimləri şoka salıb. Kütləni görən qadın çox təəccüblənib: "Bu qədər böyük bir kütlə olacağını gözləmirdim. Bu, mənim içimə necə sığıb?"(medicina.az)







