Çində 29 saata 10 mərtəbəli bina tikdilər
Çinin tikinti şirkətlərindən biri 28 saat 45 dəqiqəyə on mərtəbəli bina inşa edib.

Şirkət prosesi əks etdirən videoçarx da hazırlayıb.
Gent.az xəbər verir ki, bina "Living Building" yığma konstruksiyalar sistemindən istifadə edilməklə inşa edilib.
Modul paslanmayan polad konstruksiyalardan ibarətdir.
Şirkət binanı tikmək üçün kiçik inşaat briqadasından və üç krandan istifadə edib.







