Məşhur aktrisanın ərinin paylaşımı diqqət çəkdi
Hollivudun ən gözəl və istedadlı aktrisalarından biri olan Culiya Robertsin həyat yoldaşı Deni Moderin kiçik oğlu Henrinin 14 yaşı münasibəti ilə paylaşdığı videosu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Kadrlarda yeniyetmənin skeytbordla məşğul olduğu anlar qeydə alınıb.
Gent.az xəbər verir ki, bir çox istifadəçilər oğlanın atası ilə bənzərliyini vurğulasa da, bəzilərinin diqqətini başqa şey cəlb edib.
Belə ki, Henrinin başında dəbilqəsi olmayıb, bu isə izləyicilərin narazılığına və tənqidlərə səbəb olub.(oxu.az)








