Azərbaycanda kişilər məişət zorakılığına məruz qalırmı?

Adətən məişət zorakılığına məruz qalanlar qadınlar olur. Bəs kişilərin məişət zorakılığına məruz qalması hallarına rast gəlinirmi?
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov məlumat verib:
"Əlbəttə, olur. Məişət zəminində zorakılığa məruz qalanlar arasında kişilər də olur. Bütün cəmiyyətlərdə kişilərin zorakılığa məruz qalması ilə bağlı faklar mövcuddur. Sadəcə cəmiyyətdə kişilər məişət zorakılığına məruz qaldığını səsləndirməkdən çəkinirlər. Burada söhbət təkcə qadının kişiyə zorakılıq törətməsindən getmir. Ailədə qardaş, ata-oğul, nəvə-baba münasibətləri də var. Məişət zorakılığı həm fiziki, həm də psixoloji olaraq törədilə bilər. Pandemiyaya qədər 14 faiz kişilərin məişət zorakılığına qalması ilə bağlı fakt var idisə, sonralar kişilərə qarşı zorakılıq hallarında artım müşahidə olunub" (report.az).







