Hər bir kişi bu kokteylləri hazırlamağı bacarmalıdır

Bu günkü alkohol proqramımızın mövzusu – səni hər bir vəziyyətdə və cəmiyyətdə xilas edə biləcək xalis klassikadır.
“Old-fashioned” kokteyli

Bu içki üçün viskinin istənilən növü yarayar: istəyirsən burbon ya da skotç götür.
Hazırlanması
Bokalın dibinə qənd parçası qoy
2-3 damcı bitter və o qədər də qazlı su əlavə et
Sonra bunun hamısını madlerlə və ya başqa bir şeylə əz
Bokala 50 milliqram viski əlavə et
Çoxlu buz qoy.
Təxminən 1 dəqiqə ərzində qaşıqla qarışdır.
Portağal qabığını sıxandan sonra onu da bokalın içinə qoy.
Hər şeyi düz etsən ləzzətli içki alınacaq.
“Manhetten” kokteyli

Viski əsasında hazırlanan asan, lakin bərk içki.
Hazırlanması
Təxminən 60 milliqram viskini hündür qarışdırıla bilə stəkana süz
Sonra həmin stəkana 30 milliqram qırmızı şirin vermut əlavə et.
Alınan mayenin üzərinə bitter səpələ (adətən bunun üçün “Anqostura”nı istifadə edirlər)
Stəkan dolanadək buz əlavə edib qarışdır
Alınmış kokteyli streyner vasitəsi ilə soyudulmuş bokala süz
Bokalın qırağını portağal və ya limon qabığı ilə bəzəmək olar.
“Tom Kollinz” kokteyli

Tom Kollinzin kim olduğu barədə araşdırma aparmağa ehtiyac yoxdur. Belə adam olmayıb. Ümumiyyətlə kokteyllərin adı adətən reallıqdan uzaq olur. Elə təəsürat yaranır ki, onları içkili insanlar ixtira edir.
Hazırlanması
Şeykerin içinə 50 ml cin, 15 ml limon şirəsi və o qədər də şəkər siropu əlavə et.
Buzlu şeykerdə qarışdır
Alınan mayeni içində buz olan hündür bokala süz
Qazlı su əlavə et
Bokalı limon dilimi və ya qabığı ilə bəzə
Əgər hələ dəm vəziyyətində deyilsənsə keçək dördüncü kokteylimizə
“Saydkar” kokteyli

Bu içki üçün daha delikat, kokteyl bokalı tələb olunur.
Hazırlanması
Kokteyl rümkasında şəkər kantı cız. Bunun üçün rümkanı çevirib limon və ya laym şirəsinə, sonra isə şəkər tozuna, daha yaxşısı isə şəkər pudrasına daxil et.
Şeykerdə 50 ml konyak və 15-20 ml portağal liköru qarışdır.
Çeykerə 15 ml limon freşi (sıxılmış limon suyu) əlavə et.
Bütün bu mərhələlərdən sonra şeykerin buzla dolu olduğunu yəqin et və kokteyli qarışdır.
Kokteyli bokala süzmək üçün sənə streyner və ya ələk lazım olacaq.
“Martini” kokteyli

Bu kokteyli adi qarışdırıcı stəkanda da hazırlamaq olar, lakin gəlin centlmenlərə, xüsusən də Xəfiyyə 007 xas olan “çalxala, amma qarışdırma” qaydasına riayət edək.
Hazırlanması
Şeykerə 75 ml cin və 15 ml quru ağ vermut əlavə et
Çalxala, amma qarışdırma
Kokteyli “martini” üçün nəzərdə tutulan rümkaya süz və onu limon qabığı və ya zeytunla bəzə.






