Hadisənin şəkli Nyu-Yorkda binaları bəzədi
Məşhur türkiyəli müğənni Hadisənin fotosu Nyu-Yorkda Tayms-skverdəki binalardan birində əks olunub.

Bu barədə sənətçi öz "İnstagram" hesabında paylaşım edib.
Gent.az xəbər verir ki, o, paylaşımında bu sözləri yazıb:
"Mənim adım Hadisədir. Xəyal etdiklərimi reallaşdırmaq, danışmaq istədiklərimi demək və yaşamaq istədiklərimi yaşamaq üçün qorxmuram! Sərbəst oxuyuram və rəqs edirəm.Bu gün özümü Nyu-Yorkdakı Tayms-skverdə görəndə bir daha əmin oldum ki, qadınların səsini daha çox eşidəcəksiniz".







