Adi ventilyatoru necə kondinsionerə çevirmək olar? – Evdə düzəlt
Kondinsioneri olmayanlar evdə, özləri ucuz ventilyatordan kondinsioner effektli vasitə düzəldə bilər.

Gent.az ən ucuz “kondinsionerin” düzəldilmə texnikasını təqdim edir.
Bunun üçün lazımdır:
- adi ventilyator
- 6 plastik su butulkası
- Dəftərxana bıçağı
- Karton və ya plastik bərk lövhə
- Plastik sıxıcı
- Yapışqan tapançası
2 litrlik Cola qablarını götürüb, etiketin xətti boyunca yuxarı hissəsini kəs. 6 hissə alınmalıdır
Butulların qapaqları lazım olmayacaq.
Karton və ya hər hansı möhkəm lövhəni ventilyatorun sərinkeşinin diametri ölçüsündə konselyar bıçağı ilə dairəvi kəs
Dairənin iç hissəsində karandaşla 6 dairə çək. Bu yerlər butulkaların keçəcəyi yerlər olacaq. Çalış dairələr simmetrik olsun.
Sonra səliqə ilə bu dairələri kəs içi boş olsun.
Hər dairəyə bir butul keçirib, skotçla bərkit
Yapışqan tapança ilə onları yapışdır. Qurumağa qoy.
Hər 2 butulkanın arasında Plastik sıxaclar (xomut) üçün deşiklər aç.
Onlardan sıxacı keçirib digər ucunu ventilyatorun dəmirindən keçirib bağla, ucunu kəs at
Beləcə 2-3 sıxacla karton dairəni ventilyatora bərkit.
Nəticədə fotodakı kimi görüntü alınmalıdır
Bu əldədüzəltmə kondinsionerin iş prinsipi sadədir.
Ventilyatorun vurduğu hava butullardan keçərək dar ağız hissədən çıxdığı üçün o daha soyuq olur.
Belə bir ventilyator kiçik bir otaqda qoyulsa, dərhal soyuq hava yaradır. Cəmi 5-10 dəqiqəyə sərinləyəcəksiz.
Aynur Musayeva
.jpg.webp?v=2)
.jpg.webp?v=2)
.jpg.webp?v=2)
.jpg.webp?v=2)
.jpg.webp?v=2)



.jpg.webp?v=2)
.jpg.webp?v=2)

.jpg.webp?v=2)






