Məşhur aktyor 25 yaş cavanlaşdı
Məşhur aktyor Mehmet Esen görünüşü ilə diqqət çəkib.

O, çəkilişləri 2022-ci ilin martında start götürəcək "Aşk hayattan büyük" filmində canlandıracağı obrazının sınaq makiyajı ilə 25 yaş cavanlaşıb.
Gent.az xəbər verir ki, yeni fotosunu İnstaqram hesabında yayımlayan 63 yaşlı aktyor "Məni yeni filmdə belə görsəz, təəccüblənməyin" qısa şərhini yazıb.
Çəkilişləri Berlində gerçəkləşəcək filmdə aktyor "Timuçin" obrazına həyat verəcək.







