1 milyard dollara xəbər saytı satılır
Almaniyanın rəqəmsal nəşriyyat və media şirkəti, “Bild”, “Die Welt”, “Fakt” kimi iri xəbər saytlarının sahibi Axel Springer biznesini daha da böyüdür.

1 milyard dollar...
Gent.az xəbər verir ki, alman şirkəti hazırda ABŞ-ın ən iri siyasi xəbər saytlarından olan Politico-nu satın almaq üçün danışıqlar apardığını bu gün öz saytında açıqlayıb.
Hər iki şirkət detallar barədə ətraflı məlumat verməsə də, Qərb mətbuatı sövdələşməni 1 milyard dollar həcmində dəyərləndirir. Müqavilənin rəsmən bu ilin dördüncü rübündə imzalanacağı bildirilib.
Xatırladaq ki, Axel Springer 2014-cü ildən Politico ilə əməkdaşlıq edir. Birgə müəssisə olaraq qurulan Politico-nun Avropa bölməsi - Politico Europe 2019-cu ildə 22 milyon dollara yaxın gəlir əldə edib.(marja.az)







