Neymar, Kriştianu Ronaldu, Lionel Messi və Dieqo Perotti kimi istedadlı futbolçu olmaqlarından başqa nə birləşdirə bilər? Vaxtı ilə onların hamısının cinsi azlıqların nümayəndəsi olması barədə şübhələr gəzirdi. Əlbəttə ki, bu məlumatın rəsmi təsdiqi yoxdur, lakin bu azarkeşlərin onların həyatını müzakirə etməyə mane olmur.
Qeyd etmək lazımdır ki, günümüzdə futbolçuların arasında geylərin olması o qədər də nadir hal deyil. Sizə “coming out” etmiş yeddi futbolçunu təqdim edirik.
Robbi Rocers
Amerikalı Robbi Roccers Şimali Amerikanın peşəkar liqalarında iştirak edən ilk homoseksual futbolçu sayılır. Rocersin karyerasını bitirməsinə baxmayaraq, hələ də idman xəbərlərində onun adına rast gəlmək olar. Qeyd etmək lazımdır ki, Robbi Rocers FİFA-nı futbol üzrə Dünya çempionatlarının cinsi azlıqlara qarşı qeyri-loyal münasibi ilə seçilən Qətər və Rusiyada keçirilməsi ilə bağlı qərarına görə tənqid etmişdi.
Tomas Hitslşperqer
Dünyanın ən məşhur gey-futbolçularından biri Almaniya yığmasının sabiq futbolçusu, Dünya çempionatı mükafatçısı Tomas Hitslşperqerdir.
“Artıq deməyin vaxtıdır. Mən gey-icmanın bir hissəsiyəm. Bu yaxınlarda belə bir qərara gəldim ki, kişi ilə yaşaya bilərəm və bundan utanmıram. Lakin ictimai rəy ilə barışmaq çətin olur”, - deyə futbolçu karyerasını bitirəndən sonra eitraf etmişdi.
Conatan De Falko
Məşhur futbolçu Conatan De Falko ən qeyri-adi “coming out”-a imaz atıb. O qeyri-ənənəvi cinsi oriyentasiyasını etiraf edərək idmanı atır və erotik gey-filmlərdə çəkilməyə başlayır. Onun sözlərinə görə, qadınlarla münasibət qurmağa çalışsa da, futbolçunu kişilər cəlb edirdi, yeni işi isə həzz alır.
Castin Faşanu
Uğurlu britaniyalı idmançı Castin Faşanu “coming out” ilk peşəkar futbolçu sayılır. O, 1990-cu ildə gey olduğunu etiraf etmişdi, lakin cəmiyyət buna hazır deyildi. Futbolçu yoldaşları Castini məsğərə obyektinə çevriri və 1998-ci ildə o intihar edir.
Markus Urban
Məşqçilər onun bir futbolçu kimi istedadını qiymətləndirir, Markusun inkişaf etməsi üçün əlindən gələni ediridilər. 16-yaşlı futbolçunun ilk dəfə məhz məşqçilərindən xoşu gəlməyə başlayır.
Onun cinsi oriyentasiyasından bixəbər həmkarları Urbanla kişiləri sevməsi barədə zarafat edirdilər. Bu isə əsl hisslərini gizlədən futbolçunun psixologiyasına mənfi təsir edirdi. Nəticədə Markus 20 yaşında futbol karyerasını bitirməli olur. Hal-hazırda o, cinsi azlıqların haqqları uğrunda mübarizə aparır.
Anton Hyusen
“Liverpul”-un sabiq müdafiəçisi Qlenn Hyusenin oğlu, isveçli futbolçu Anton Hyusen gey olduğunu etiraf edən idmançıların siyahısında yer alır. Onun atası Antonu verdiyi qərarda dəstəklədiyini və onunla qürur duyduğunu bildirmişdi. Qlen Hyusen yalnız oğlunun seçiminin onun karyerasına təsir edəcəyindən narahtdır.
Maykl Sem
Amerika futbolu oyunçusu Maykl Sem 2014-cü ildə - məşhurluğunun ən pik həddində gey olduğunu etiraf etmişdi. Bu etirafdan sonra onun karyerasında mənfi dəyişikliklər baş verir. O, üç fərqli komandada oynamağa çalışır, lakin heç birində əsas heyətə düşə bilmir. Bu səbəbdən o karyerasına son qoymalı olur.