Rusiyanın “Çerkizovo” şirkətlər qrupunun istehsal etdiyi quş əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb.
Gent.az xəbər verir ki, infeksiya Çin nümayəndələri tərəfindən aşkarlanıb. Çinin Baş Gömrük İdarəsinin Guandun əyaləti üzrə rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən 3 Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulunda COVID-19 aşkarlanıb.
Məsələ ilə əlaqədar istintaq başladılıb.
Qeyd edək ki, “Çerkizovo” şirkətlər qrupuna daxil olan sözügedən müəssisələr Rusiyanın Bryansk, Voronej və Kursk bölgələrində fəaliyyət göstərir. Xatırladaq ki, Çində daha əvvəl ilk dəfə koronavirusun əlamətləri dondurulmuş qablaşmalarda tapılmışdı.