Azərbaycanda yaşlı kişi və qadın evləndi

Maraqlı1 dəq oxu
Azərbaycanda yaşlı kişi və qadın evləndi

Azərbaycanda 87 yaşlı qadınla 78 yaşlı kişi  evlənib.

Bu barədə DOST-un saytında bildirilir ki, 87 yaşlı Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub.

1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu şad günlərində də vətəndaşların yanında olublar. Onları təbrik etməklə yanaşı, nikah münasibəti ilə hədiyyələr də təqdim ediblər. Nikah 3 saylı ASAN Xidmət mərkəzində baş tutub.

Azərbaycanda yaşlı kişi və qadın evləndi — şəkil 1

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan