Eynşteynin dəftəri neçə milyon dollara satıldı?
Məşhur alim Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə bağlı qeydlərinin olduğu dəftər hərraca çıxarılıb.

Həmin dəftər hərracda 13 milyon dollara satılıb.
Gent.az xəbər verir ki, fizikə məxsus əlyazma Fransanın paytaxtı Parisdəki "Christie's" Hərrac Evində keçirilən hərracda alıcı tapıb.
Yarısı Eynşteyn tərəfindən yazılmış 54 səhifəlik dəftər naviqasiya kimi texnologiyaların təməlini qoyan nəzəriyyəyə dair qeydləri ehtiva edən iki sənəddən biridir.(qafqazinfo.az)








