Pəncələr yuxarı: Müxtəlif cinayətlərə görə həbs edilən heyvan və quşlar
İnsanlar cinayət işlətdikdə həbs edilir və məhkəmə qarşısına çıxarılır. Bəs digər canlılar? Məlum olub ki, heyvanlar və quşların da arasında cinayətkarlar var. Sizə faunanın “oğru dünyasının” ən məşhurlarını təqdim edirik:
Pakistanda həbs edilən xəfiyyə göyərçin
2015-ci ildə Kəşmir bölgəsi ilə sərhəddə şübhəli quş peyda olur. 14 yaşlı hindistanlı yeniyetmə ağ göyərçinin lələklərində yazıların olduğunu təsbit edir. Yeniyetmə valideynlərini çağırır və onlar quşu tuta bilirlər. Məlum olur ki, onun üzərində Pakistanın rəsmi dili olan urduca məlumatlar yazılıb.
Hadisə yerinə polis gəlir. Hindistan tərəfi quşu hərtərəfli yoxlayır, hətta onu rentgenlə çəkirlər. Lakin başqa şübhəli bir şey aşkar olunmur. Buna baxmayaraq, quş istintaq üçün həbs edilir.
Qeyd etmək lazımdır ki, bu hadisədən sonra Pakistdanda əhali qonşu ölkəni ələ salmağa başlayır və Xəfiyyə 007 köstümündə göyərçin rəsmi ölkədə trendə çevrilir.
Braziliyalı qaçaqmalçı pişik
2013-cü ilin yanvarın 13-də Braziliyanın Arapiraka şəhərində yerləşən həbsxananın işçilər qəribə hadisə ilə rastlaşırlar - skotç lenti ilə dolanmış ağ pişik həbsxanadan içəri girməyə çalışırdı. Pişiyi tutandan sonra “nadzorlar” onun bədəninə həbsxanadan qaçmaq üçün lazım olan zəruri alət və avadanlıqların olduğunu aşkar edirlər. Bu siyahıya burğu, bıçqı, hətta telefon və SİM-kart daxil idi. Qeyd etmək lazımdır ki, pişik yekə olduğu üçün bu alətləri rahatlıqla daşıya bilirdi.
Məlum olub ki, hələ balaca olarkən bu pişik həbsxanaya gəlib və yerli məhbuslar onu yedizdirib, böyüdüb. Lakin pişiyin kimə məxsus olduğu indiyədək bilinmir.
Hindistanlı söyüşgən tutuquşu
2015-ci ildə Hindistanın Maharaştra ştatında polisə Xaryal adlı tutuquşu barəsində şikayət daxil olur. Şikayətdə onun Canabay adlı yaşlı qadının həyatına zəhər qatdığı, allahsız və söyüşgən bir quş olduğu bildirilir.
Xaryal sahibi Sureşlə birgə Polis idarəsinə çağrılır. Lakin yaşlı qadınla eyni otaqda olmasına baxmayaraq tutuquşunun ağzından bir kəlmə belə çıxmır. Buna baxmayaraq quş sahibin əlindən alınaraq azadlığa buraxılır.
Meksikalı dalaşqan uzunqulaq
2008-ci ildə Meksikanın Çiapas ştatında polis çox pis xasiyyət malik Bleki ləqəbli uzunqulağı saxlayır. “Residivist” Bleki yerli sakinin birini sinəsindən dişləyib, ona kömək etməyə çalışan digər şəxsi dırnaqları ilə döyüb pis hala salmışdı.
Hadisə yerinə gələn polis uzunqulağı həbs edərək təcridxanaya yerləşdirmişdi.
Heyvan 3 gündən sonra sahibinin ödədiyi pul müqabilində azadlığıa buraxılmışdı.