Xoşbəxt olmaq üçün nə qədər pula ehtiyac var?
Rusların xoşbəxt olması üçün ayda 178 min rubl maaş lazımdır.

Bu, Rusiya vətəndaşları arasında keçirilən sorğu nəticəsində məlum olub.
Gent.az xəbər verir ki, Rusiyada keçirilən sorğunun nəticələrinə görə, ilin əvvəlindən bu məbləğ 12 min rubl artıb və 2017-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Qeyd edək ki, 2017-ci ildə ruslara xoşbəxt yaşam üçün ayda 184 min rubla (təxmini 4 000 AZN) ehtiyacları olub.(sonxeber.az)







