Kişi imzasından tanınar

Qrafologiya Avropa və Amerikada tez-tez müraciət edilən elm sahəsidir. Kəşfiyyat təşkilatları hadisələri aydınlaşdırmaq, böyük şirkətlər işçi qəbulunda məqsədəuyğun qərar vermək, müəllimlər şagirdlərini, tələbələrini daha yaxşı tanıya bilmək üçün imza və yazılardan xarakter təhlili etməyə tez- tez müraciət edirlər.
Bu gün biz də kişilərin xarakterini imzaları əsasında tanıyacağıq:
- İmza uzun olarsa, həmin kişi səbrlidir. Uzun olan şeylər, adətən, səbiri simvolizə edir. Bu, imza üçün də keçərlidir.
- İmza qısadırsa, məntiqi güclüdür. Məntiqli kişilərin daha minimal həyat yaşadıqları hər kəsə məlumdur. Bu tip kişilər imzalarında da artıqlığa imkan vermirlər.
- İmza iti xətləri ehtiva edirsə, iti fikirli, zarafatcıl, məntiqli və dilini qılınc kimi istifadə edən, dilindən bəlaya düşəcək insandır.
- İmza düzgündürsə, kişi düzgün xarakterli, etibarlı, dürüst əxlaqlı, uyğunlaşandır.
- İmzada yuvarlaqlıq varsa, o kişidə liderlik xüsusiyyəti var.
- İmzada üç nöqtə varsa, bacarıqlı və hazırcavab kişiylə qarşı-qarşıyasınız.
- İmzada geriyə çevirmələr varsa, hafizəsi qüvvətli insandır. Belə kişilərin tarixə bağlılığı imzalarının da geriyə doğru çəkilməsinə səbəb olur.
- İmzada bədii cizgilər varsa, incəsənətə daha yaxın insandır. İncəsənət ruhlu kişilər yediyinə, içdiyinə, toxunduğu hər şeyə incə yanaşırlar. Bu, özünü imzada da göstərir.
- İmzanın əvvəli böyük hərflə və gözəgəlimli başlayırsa, özünə güvənən, əvvəldə özünü yaxşı, cəlbedici tanıdandır.
- İmzanın əvvəli, ortası və sonu böyükdürsə, əvvəldə, ortada və sonda özünü gözəl təqdim edən və yaxşı iş təqibi olan biridir.
- İmzanın sonu böyük hərflə bitirsə, başladığı işləri demək ki, yaxşı bitirir.
- İmzanın baş hərfindən sonra gələn qismi incədirsə, incə xarakterli və həssas, qalındırsa, əksinə həmin insan kobuddur.
- İmzanın sonunda irəli və ya yuxarı doğru gedən bir xətt vardırsa, həmin insanın hədəfi böyükdür. Aşağıya doğru xətt vardırsa, özünə qapalı, bədbindir.
- İmza sağa əyilibsə, insan sosial, diplomat; geriyə əyilibsə, anti-sosialdir.






