Ulduz falına ən çox inanan bürclər – Beşlikdə varmısınız?

Maraqlı1 dəq oxu
Ulduz falına ən çox inanan bürclər – Beşlikdə varmısınız?

İnsanlar arasında inanclara söykənənlər, realistlər, elmə dayananlar, dindən başqa heç bir müddəanı qəbul etməyənlər də var.

Bizim.Media hazırladığı bu dəfəki informasiyada ulduz falına, astroloqların dediklərinə daha çox inanan bürclərin siyahısını əks etdirib:

Oxatan

Bu od ünsürü olan bürcü özünün astrologiyası yox, oxatanlar barədə fantastikalar maraqlandırır. Öz bürclərini sevir və dünyadakı bütün oxatanlara azərkeşlik edirlər. 

Xərçəng

Bu bürc o inamla yaşayır ki, dünyada hansısa ali güc var. Taleyə və cahanın verdiyi işarələrə inanırlar. Ulduz falıyla uyğun deyillər deyə kimləsə ünsiyyəti də dayandıra bilər. 

Balıqlar

Arzulu və romantik bürcün nümayəndələri 3 şeyi bilirlər:

1. Heç nə bilmədiklərini

2. Astrologiya gerçəkdir

3. Balıqlar ən yaxşı bürcdür

Vacib həyati məsələlərin həllində də də ulduz falına istinad edirlər. 

Dolça

Astrologiya ilə ayrılmazdılar. Hava ünsürü olan dolçalar mistik və sirli olan hər şeyi sevirlər. Hətta skeptik dolçalar da saatlarla öz bürcü barədə söhbət dinləməyə hazırdır. Öz xüsusiyyətlərini bilməkdə digər bürclərdən üstündürlər.  

Tərəzi

Onlar həyatında baş verən hər yaxşı hadisənin bürclərinə görə yaşandığına inanırlar. Amma astrologiya onlar üçün hobbidən artıq əhəmiyyətə malik deyil. Ulduz falı düz gəlmirsə, münasibətə son verməyəcəklər. Lakin sizi bəyəniblərsə, doğulduğunuz tarixin saniyəsinə kimi maraqlanacaqlar. 

Qeyd edək ki, digər bürclər arasında da ulduz falına inananlar az deyil. Sadəcə olaraq bu siyahı keçirilən sorğulara görə tərtib olunub.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan