3 ildir gözü açıq yatan kişi - Səbəb

Uğursuz plastik əməliyyatdan sonra kişi 3 ildir ki, gözü açıq yatmağa məcburdur.

Maraqlı1 dəq oxu
3 ildir gözü açıq yatan kişi - Səbəb

Britaniyalı Piter Brodhers 2019-cu ildə üzündə plastik əməliyyat keçirib.

Lakin əməliyyatdan sonra kişinin göz qapaqları bağlanmır.

Gent.az-ın məlumatına görə, kişi bildirib ki, 17 yaşında o, stomatoloji əməliyyat sonrakı yanaqlarının şiş qalmasından sonra çox narahat idi. Ona görə plastik əməliyyatla bu qüsuru düzəltmək qərarına gəlir.

Əməliyyat zamanı kişinin yanaq, burun, göz üstü forması dəyişdirilir. Lakin bundan sonra onun gözündə göz qapağının ektropionu yaranıb, göz qapağının aşağı kənarı göz almasından kənara çıxıb.

Buna görə o gözünü tam qırpa və yuma bilmir. Əlavə əməliyyatlar edilsə də, problem düzəlməyib.

Gözlərini qurumaqdan qorumaq üçün Brodherst göz damlaları tökür, gecələr isə üzünə isti dəsmal qoyub yatır.

Bu problemə görə onun görməsi də zəifləyib.

Kişini bu hala salan estetik cərrah qovulub

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan