Ən qəmgin bürclər – Onları ağladan səbəblər

Maraqlı1 dəq oxu
Ən qəmgin bürclər – Onları ağladan səbəblər

Demək olar ki, bütün insanlar vaxtaşırı kədərlənməyə meyillidir.

Bəzən bunun üçün heç əsaslı səbəbin olmasına da ehtiyac yoxdur.

Bizim.Media xəbər verir ki, astroloqlar bəzi bürclərin daha çox qəmli və depressiyaya yaxın olduğunu iddia edir.

Ən qəmli 5 bürcü təqdim edirik:

Buğa - Emosiyalarına nəzarət etməyi bacarırlar. Çox şeyə neqativ yox, neytral yanaşırlar. Amma buğalar bütün kədərlərini çox ağır yaşayırlar. 

Balıqlar – Özlərindən çox başqalarının həyatları ilə maraqlanırlar. Həyatlarının yarısını gerçək hisslərini gizlədir, reallıqdan uzaq diləklər tuturlar. Məyusluqlarını gizlətməyə çalışırlar.

Əkizlər – Planetin ən xoş əhvallı bürcü həm də ən nisgilliyə çevrilə bilir. Daxili yorğunluq onları depressiyaya yaxınlaşdırır. Ekspertlər buğaların sakitliyini əkizlərə də tövsiyə edir.

Xərçəng – Ən duyğusal, həssas və ağlağan bürcdür. Diqqət çatışmazlığını pis keçirirlər. Onların qayğısına qalmasanız, dərddən çökərlər.

Oğlaq – Bu bürcün nümayəndələri çox vaxt öz məqsədlərinin tələsinə düşür. Həyatda hər şeyə nail olmaq arzusu oğlaqların daxilindəki mühitdir. Düzdür, onlar öz uğursuzluqlarını həzm etməyi də bacarırlar. Ancaq uğursuzluqlar çox olarsa, bu oğlaqlara çox pis təsir edər. Onlara tez-tez istirahət etmək məsləhətdir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan