Stress və təşvişə qarşı yastıq hazırlandı

Alimlər stress, nevroz, təşvişli insanlar, xüsusən qorxan uşaqlar, məktəbli və tələbələr üçün sakitləşdirici təsirli yastıq hazırlayıb.

Maraqlı1 dəq oxu
Stress və təşvişə qarşı yastıq hazırlandı

Canlı varlıq kimi nəfəs alan və nəfəs səsi verən yastığı qucaqlayıb yatmaq həyəcan hissini azaldır.

Gent.az xəbər verir ki, bu yastıq tənəffüs meditasiyalarının effektini verir.

Britaniya alimləri yastığı 129 tələbənin üzərində sınayıblar.

Stres və həyəcanı qucaqlamaq, kiminsə nəfəsi, masaj, istilik aradan qaldırır, bu zaman insan təhlükəsizlik siqnalı alır.

Eləcə də heyvan və itlə təmas, onların yaxınlıqda yatması, nəfəsinin eşidilməsi, mırıltısı, sığallamaq da insanda gərginliyi götürür, rahatlıq hormonlarını sintez edir. Buna görə alimlər bu hissləri imitasiya edən möcüzə yastıq hazırlayıblar. Yastıq həm heyvan mırıltısı, həm nəfəsi, həm də sakit ürək döyüntüsü eşitdirə bilir.

Eksperiment göstərib ki, tələbələrə ən yaxşı təsir edən yastıq nəfəs ala bilən yastıq seçilib. Hazırda bu yastıqların kütləvi istehsalı üzrə iş gedir.(Medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan