Dünyanın ən böyük almazı satışa çıxarıldı

Dünyanın ən böyük almazlarından biri satışa çıxarılıb

Maraqlı1 dəq oxu
Dünyanın ən böyük almazı satışa çıxarıldı

Satış İngiltərənin "Christie's" adlı hərrac evi tərəfindən həyata keçirilib.

Gent.az xəbər verir ki, 205,7 əyyarlıq "Qırmızı Xaç almazı"nı satışından əldə edilən gəlirin bir hissəsi Beynəlxalq Qırmızı Xaç təşkilatının hesabına köçürüləcək

Hərrac evinin "Möhtəşəm cəvahiratlar" seriyası çərçivəsində satılacaq almaz mayın 11-də İsveçrənin Cenevrə şəhərində hərraca çıxarılacaq. Bu, sözügedən hərrac evinin üçüncü belə böyük satışı olacaq.

Sarı rəngli almazın qiyməti ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, orijinal daş 375 əyyar olub və 1901-ci ildə Cənubi Afrikada "De Beers" korporasiyasına məxsus mədəndə tapılıb.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan