Məşhur aparıcı sərvətini itlərə bağışladı
Dünyanın məşhur musiqi və istedad yarışmalarının prodüseri, aparıcı Simon Kovel vəsiyyəti ilə gündəmə gəlib.

Aparıcı sərvətinin 20 milyon funt-sterlinqini (təxminən 45 milyon manat) it sığınacaqlarına bağışladığını açıqlayıb.
Gent.az xəbər verir ki, o, bu addımı itləri çox sevdiyi üçün etdiyini bildirib.
Qeyd edək ki, Simon Kovelin hazırda 600 milyon dollarlıq sərvəti var. O, "The X Factor", "America's Got Talent", "Britain's Got Talent" kimi dünyaca məşhur yarışmaların yaradıcısıdır.(lent.az)







