Bu ayaqqabı 1850 dollara satılır
Balenciaga moda evi olduqca köhnəlmiş görünən yeni idman ayaqqabısı modelini təqdim edib.

Bu barədə Hypebae məlumat yayıb.
Gent.az xəbər verir ki, Paris adlanan model iki versiyada mövcuddur. Ayaqqabının parçadan olan hissəsi qəsdən kəsilib, bağları boşaldılıb, daban hissəyə cızıqlar atılıb.
İllərdir geyinilən kimi görünən ayaqqabılar 1850 dollara satışa çıxıb.(olay.az)







