“Zoom” konfransı zamanı porno nümayiş olundu

Maraqlı1 dəq oxu
“Zoom” konfransı zamanı porno nümayiş olundu

ABŞ-ın Nyu-York şəhər şurasının onlayn iclası zamanı birdən-birə ekranda porno görüntülər ortaya çıxıb. Gent.az-ın məlumatına görə, hadisə şəhər şurasının nümayəndələrinin səhiyyə işçilərinin irqi və gender ayrıseçkiliyindən müdafiəsi mövzusunu müzakirə etdikləri zaman baş verib.

İclas iştirakçılarının qəzəbinə səbəb olan hadisə, müzakirələrin 20-ci dəqiqəsində olub. Belə ki, həmin zaman ekranın bir küncündə porno çarxlar görünməyə başlayıb.

Tədbir iştirakçıları iki dəqiqə ərzində porno görüntülərin ekrandan yığışdırılmasının mümkün olmadığını görüb konfransı tərk ediblər. Beş dəqiqə sonra isə iclas yenidən bərpa olunub.

Hadisədə hakerlərin əli olduğu bildirilir.

 

Namiq Musayev

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan