Oğlu İlon Maskın soyadından imtina edir

Dünyanın ən zəngin adamı, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın oğlu Xavyer Aleksandr Mask atasının soyadından imtina etmək qərarına gəlib.

Maraqlı1 dəq oxu
Oğlu İlon Maskın soyadından imtina edir

Gent.az xəbər verir ki, 18 yaşlı Xavyer cinsini dəyişmək qərarı alıb. Artıq o, bu barədə apreldə məhkəməyə müraciət edib.

"Bioloji atamla yaşamıram və onunla heç bir formada əlaqəmin qalmasını istəmirəm" deyə, o izahatda yazıb. Xavyer adını Vivyen Cenna Uilson olaraq dəyişmək istəyir.

Qeyd edək ki, Xavyer İlonun keçmiş həyat yoldaşı Castin Uilsondan olan oğludur. 2008-ci ildə boşanan cütlüyün ümumilikdə beş ortaq övladı var. Bundan başqa İlonun müğənni Qraymsdan da iki övladı var: oğlu X Æ A-Xii və qızı Exa Dark Siderel Mask. Hazırda o, avstraliyalı aktrisa Nataşa Bassettlə münasibətdədir.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan