Dünyanın ən böyük brilyantı tapıldı

Cənubi Afrikanın Anqola ölkəsində dünyanın ən böyük almazı tapılıb.

Maraqlı1 dəq oxu
Dünyanın ən böyük brilyantı tapıldı

Bu cür böyük daş son üç yüz ildə görülməyib.

Gent.az xəbər verir ki, yerli mədənlərdə 179 karat ağırlığında nadir çəhrayı almaz tapılıb. Hazırda daş Avstraliyanın Lulo Rose şirkətinə məxsusdur.

Şirkətin baş direktoru Stefen Ueazerall daşın rənginin unikal olduğunu vurğulayır. O bildirib ki, on min almazdan yalnız biri çəhrayı rəngdədir. Bu almaz şirkət tərəfindən bu mədəndə aşkar edilən beşinci ən böyük almaz, həmçinin yüz karatdan çox çəkisi olan 27-ci almazdır.

Bu cür daşlar on milyonlarla dollar dəyərində qiymətləndirilən hərraclarda satışa çıxarılır. 2016-cı ildə həmin mədən 16 milyon dollara satılan 404,2 karatlıq "4 fevral daşı" istehsal etmişdi. Yeni çəhrayı hələ qiymətləndirilməyib, lakin şirkət əmindir ki, zərgərlər və kolleksiyaçılar onu almaq üçün yarışa girəcəklər.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan