Amerika vətəndaşı lotereyada 1,28 milyard dollar uddu

ABŞ-ın İllinoys ştatının sakini "Mega Millions" lotereyasında 1,28 milyard dollar udub.

Maraqlı1 dəq oxu
Amerika vətəndaşı lotereyada 1,28 milyard dollar uddu

Qalibin adı məlum deyil.

Gent.az xəbər verir ki, ştat qanunları 250 min dollardan çox pul qazanmış iştirakçılara adlarını və ünvanlarını gizli saxlamağa icazə verir.

Qeyd olunur ki, bu, 1996-cı ildə lotereya yaradılandan bəri ikinci ən böyük uduşdur.

Cekpotu qazanan amerikalı ya 29 il ərzində bütün məbləği ala, ya da dərhal cəmi 747 milyon dollar götürə bilər. İkinci halda, vergi ödədikdən sonra onun əlində 457,5 milyon dollar qalacaq.(oxu.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan