Həkimlərin "öldü" dedikləri adam dirildi
ABŞ-da 65 yaşlı kişi təcili tibbi yardım əməkdaşları tərəfindən ölü elan olunduqdan bir neçə dəqiqə sonra polisin gözü önündə dirilib.

Hadisə Florida ştatının Klirvoter şəhərində baş verib.
Gent.az xəbər verir ki, infarkt şikayəti ilə çağırılan iki tibb işçisi xəstənin öldüyünü bildirərək evi tərk ediblər.
Lakin hadisə yerinə gələn polis əməkdaşı "ölü"nün nəfəs aldığını hiss edib. Çağırılan xilasedicilər 28 dəqiqə sonra yetişərək həmin şəxsi xəstəxanaya yerləşdiriblər. Onu səhvən ölü elan edən həkimlər isə işdən kənarlaşdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.(big.az)







